
Rusiyada klub prezidenti komanda sayının artırılmasını təklif edir
- 2023-03-23 13:41
- 142
Rusiya Premyer Liqasında mübarizə aparan “Ural”ın prezidenti Qriqori İvanov yüksək liqada komanda sayının artırılmasını vacib sayır.
Rekord.az xəbər verir ki, İvanov Rusiya millisinin sabiq üzvü Dmitri Bulikinin komanda sayının 18-ə çatdırılması təklifini dəstəklədiyini bildirib.
“Sportu den za dnem” nəşrinə açıqlamaslnda o, bunları deyib: “Liqanın əhatə dairəsini genişləndirməliyik. Bizim böyük ölkəmiz var və yüksək liqada oynamağa layiq komandalarımız var. 16 komanda bizim üçün katastrofik dərəcədə azdır. Əlbəttə, 18 komanda ideyasını dəstəkləyirəm”.