Fransalı futbolçu məşq zamanı vəfat edib
- 19:30
- 39
Fransanın "Sen-Deni" klubunun 22 yaşlı müdafiəçisi Vanis Onsor məşq zamanı ürəktutmasından keçinib.
Rekord.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, hazırlıq prosesi zamanı futbolçunun səhhəti qəfil pisləşib.
Komanda yoldaşları ona ilk yardım göstərməyə çalışsalar da, idmançının həyatını xilas etmək mümkün olmayıb. Faciədən sonra "Sen-Deni"nin "Sen-Pyerruaz"a qarşı keçiriləcək matçı təxirə salıb.
Onsor 2026-cı ilin yanvarında "Sen-Deni"yə keçib.