“Neftçi” bu gün Misli Premyer Liqasının 6-cı turunda “Qəbələ”nin qonağı olub.


Rekord.az xəbər verir ki, oyundan sonra “ağ-qaralar”ın baş məşqçisi Yuri Vernidubun mətbuat konfransı keçirilib.


Ukraynalı mütəxəssis 3:0 hesabı ilə qalib gəldikləri matçı belə şərh edib:


“Bu matçdan sonra oyunçulara beş günlük istirahət vermək istəyirik. Qarşıdan milli komandaların oyunları da gəlir. Bizim də heyətimizdə bir neçə oyunçu var ki, milli komandalarına dəvət alıb. Ayın 24-də toplanacağıq. “Sabah”la oyunumuz var qarşıda. Bu oyunun təxirə salınması ilə bağlı düşünmürəm. Bizi təkcə “Sabah”la deyil, “Qarabağ” və “Turan Tovuz”la da ağır oyunlar gözləyir. “Sabah” bununla bağlı müraciət edərsə, yəqin ki, müzakirə olunacaq. Biz kifayət qədər loyal komandayıq. Ötən mövsüm də belə hal baş vermişdi. Biz də istəyərik ki, ölkənin reytinq xalı artırılsın”.