"Naxçıvan" ABŞ-dən olan basketbolçu Deşaun Stivensi 1 il müddətinə heyətinə qatıb.


Rekord.az xəbər verir ki, bu barədə klub məlumat yayıb.


22 yaşlı oyunçu son olaraq NCAA2-də mübarizə aparan CSUDH (California State University Dominguez Hills) komandasında çıxış edib.