"Kəpəz" və "Gəncəbasar" komandaları çempionatlarda yaranan fasilə müddətində yoxlama oyununda üz-üzə gələcəklər.


Bu barədə Rekord.az-a 1-ci Liqa təmsilçisindən məlumat verilib.


Qarşılaşma oktyabrın 2-də Gəncə stadionunun Məşq Mərkəzində, saat 17:00-da start götürəcək.


Xatırladaq ki, "Kəpəz" hazırda Premyer Liqada 6 xalla altıncı, "Gəncəbasar" 1-ci Liqada 9 xalla ikinci pillədə qərarlaşıb.