“Şəfa”nın baş məşqçisi Zaur Həşimov Misli Premyer Liqasının 6-cı turu çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri oyundan danışıb.


Rekord.az xəbər verir ki, o, 0:1 hesablı məğlubiyyət haqda bunu deyib:


“Oyunun gedişatı bizim üçün ümumən yaxşı alındı. Penalti epizoduna qədər demək olar ki, "Qarabağ"a 100 faizli qol imkanı verməmişdik. Hücumda hansısa epizodu dəyərləndirib qol vuracağımıza ümid edirdik. Minimum bir xal arxasınca gəlmişdik. Futbolçularıma oyuna görə onlara təşəkkür etdim. Üç gün əvvəl "Sabah"a qarşı keçirdiyimiz matç da fiziki cəhətdən komandaya təsir etmişdi. Bütün bunların fonunda komandamdan narazı qalmadım, oyunumuz da pis alınmadı”.