
“Roma”dan növbəti transfer
- 23 İyl 2025 16:00
- 54
"Roma" heyətini yeni futbolçu ilə gücləndirib.
Rekord.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
İtaliya təmsilçisi "Brayton"dan Evan Ferqyusonu icarəyə götürüb. 20 yaşlı hücumçu qarşıdakı mövsümün sonunadək paytaxt klubunun uğurları üçün çalışacaq. Ferqyuson "Roma"da 11 nömrəli formanı geyinəcək.
Evan 2022-ci ilin noyabrında "Brayton"da debüt edib. O, bu ilin fevral ayından icarə əsasında “Vest Hem”də oynayırdı.