AFFA-nın dəstəyi ilə Bakı Futbol Federasiyası (BFF) tərəfindən təşkil olunan 5-ci D kateqoriyalı məşqçi kursuna start verilib.


Rekord.az xəbər verir ki, kursda paytaxtla yanaşı, Qarabağ, Mərkəz, Cənub, Şimal və Şimal-Qərb Regional Futbol Federasiyalarını təmsil edən 18 məşqçi iştirak edir.


Tədris prosesi AFFA-nın Məşqçilərin maarifləndirilməsi şöbəsinin rəhbəri Aslan Kərimovun nəzarəti altında təlimatçılar İlham Əzizzadə və Mehdi İbrahimov tərəfindən aparılır.


Üç gün davam edəcək kurs çərçivəsində iştirakçılara məşqçilik fəaliyyətinin əsasları üzrə nəzəri və praktiki biliklər veriləcək. Tədris proqramını uğurla başa vuran iştirakçılara kursun sonunda AFFA-nın D kateqoriyalı məşqçi lisenziyaları təqdim olunacaq.