Beyləqanda "Açıq məşq həftəsi"
- 11:45
- 29
Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin Beyləqan rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə Beyləqan Olimpiya İdman Kompleksində yeniyetmə və gənclər arasında kütləvi idman tədbiri təşkil olunub.
Rekord.az xəbər verir ki, tədbir zamanı iştirakçılar müxtəlif idman növləri üzrə fiziki hazırlıqlarını nümayiş etdiriblər.
Tədbirdə 50 nəfər yeniyetmə və gənc iştirak edib. Tədbirin sonunda iştirakçılarla xatirə fotosu çəkilib.