Fərid Qayıbov İstanbulda Avropa Oyunlarına hazırlıq müzakirəsinə qatılıb
- 23 Noy 2026 23:50
- 20
Gənclər və idman naziri Fərid Qayıbov 4-cü Avropa Oyunları üzrə Koordinasiya Komissiyasının üzvü kimi Türkiyənin İstanbul şəhərində keçirilən Komissiyanın görüşündə iştirak edib.
Bu barədə Rekord.az-a Gənclər və İdman Nazirliyindən məlumat verilib.
Görüşdə 2027-ci ilin iyununun 16-dan 27-dək İstanbulda keçiriləcək IV Avropa Oyunlarına hazırlıq işləri müzakirə olunub.