“Yamalın Bakıya gəlməməsinə görə üzülürəm” - Dambrauskas
- 18:45
- 24
“Sabah” UEFA Çempionlar Liqasının liqa mərhələsinin 5-ci turunda, noyabrın 25-də “Barselona”nı qəbul edəcək.
Rekord.az xəbər verir ki, oyundan əvvəl “bayquşlar”ın baş məşqçisi Valdas Dambrauskasın mətbuat konfransı keçirilib. Litvalı mütəxəssis oyundan zövq almalı olduqlarını bildirib:
“Biz meydançaya çıxmalıyıq və oyundan zövq almalıyıq. Rəqibi tanıyırıq, hansı titulların sahibi olduqlarını bilirik. Özümüzə inanmalıyıq, əlimizdən gələni etməliyik. Ola bilər ki, müdafiədə boşluqlar buraxa bilərik.
Lamin Yamalın Bakıya gəlməməsinə görə üzülürəm. Azarkeşlər də bunu çox istəyirdi. Amma rəqib üçün Yamalın olmaması elə də fərq yaratmır. Onlarda həmin keyfiyyətdə yetərincə oyunçu var.
Bu vaxta kimi işlədiyim klublar hamısı mənim üçün təcrübədir. Bu təcrübə mənim də böyüməyimə öz töhfəsini verib.
Motivasiya istəyiriksə, bunun üçün motivasiyaya ehtiyac yoxdur. Oyunçularımız uşaqlıqlarından “Barselona”ya, “Real”a qarşı oynamaq istəyiblər. Onlar Çempionlar Liqasını həmişə arzulayıblar. Bunun özü belə, böyük motivasiyadır.
Bu oyun mənim üçün ən vacibi deyil. Digər matçlar var ki, qələbə qazanmalıyıq, müəyyən səviyyəyə qalxmalıyıq. Bizdən ciddi nəsə gözlənilmir. Dediyim kimi, dünyanın ən yaxşı komandası ilə qarşılaşacağıq. Biz maksimumuzu versək belə, bu, yetərincə olmayacaq. Ona görə də, meydana çıxıb, oyundan zövq almalıyıq.
Bütün komandalara hörmətlə yanaşırıq. “Borussiya”ya qol vurduq. İstənilən oyunçu qol vuranda yaxşı motivasiya olur. İnanıram ki, “Barselona”ya qarşı da fərqlənmək şansımız olacaq”.