"Turan" Çempionlar Liqasının qrup mərhələsində ilk sınağında taliya klubuna qarşı
- 23 Noy 2026 23:40
- 22
Ölkəmizi Çempionlar Liqasında təmsil edən qadın voleybolçulardan ibarət "Turan" klubu qrup mərhələsində ilk oyununa noyabrın 25-də çıxacaq. "Rekord.az" xəbər verir ki, Tovuz klubu yarışda D qrupunda mübarizə aparır.
Təsnifatda bütün qarşılaşmalarda qələbə qazanaraq bu mərhələyə yüksələn "Turan"ın ilk sınağı səfərdə İtaliyanın güclü klublarından olan "Savino Del Bene Scandicci"yə qarşı olacaq. Bu, həm də Azərbaycan komandalarının qitənin ən nüfuzlu turnirində 9 ildən sonra ilk oyunu olacaq. Qarşılaşma noyabrın 25-də Bakı vaxtı ilə saat 21:30-da baş tutacaq. Oyun İdman TV vasitəsilə canlı yayımlanacaq.
Çempionlar Liqası
25 noyabr
D qrupu
I tur
21:30 "Savino Del Bene Scandicci" - "Turan"