Voleybolçu qızlardan ibarət U-16 milli komandamız Avropa
çempionatının 1-ci təsnifat mərhələsini (Şərqi Avropa Voleybol Zonal
Assosiasiyası – EEVZA) beşinci pillədə başa vurub. "Rekord.az" xəbər verir ki, komandamızın baş məşqçisi Gökhan Edman Latviyanın paytaxtı Riqada keçirilə yarışdakı nəticəni dəyərləndirib:
"Estoniyaya yollanarkən qarşımıza qoyduğumuz ilk və əsas məqsəd son fitə qədər mübarizə aparmaq idi. Bu məqsədimizə nail olduğumuz üçün komandamızın üzvləri və məşqçi heyəti ilə qürur duyuram.
Oyunçularımız həm meydanda düzgün qərarlar verməyi, həm də sona qədər mübarizə aparmaq üçün əzmkarlıq göstərməyi bacardılar. Azərbaycan komandası olaraq bu turnirdə rəqiblərimizin və digər iştirakçıların hörmətini qazanmağı bacardıq. Hər keçən gün daha yüksək səviyyədə voleybol oynayaraq inkişaf etdik və dəyərli təcrübə qazandıq.
Bu günə qədər bizə daim dəstək göstərən Azərbaycan Voleybol Federasiyasının rəhbərliyinə, valideynlərə və azarkeşlərə təşəkkürümü bildirirəm".