Çempionatda daha bir oyun keçirilib
- 18:10
- 25
Qadın voleybolçuların ölkə birinciliyində növbəti tur start götürüb. "Rekord.az" xəbər verir ki, bu gün 4-cü tur çərçivəsində "Milli Aviasiya Akademiyası" və "Naxçıvan" klubları üz-üzə gəliblər.
"Milli Aviasiya Akademiyası" VK-nın idman zalında təşkil olunan görüş gərginliyi ilə yadda qalıb. 4 hissə davam edən matçda ev sahibi komanda 3:1 hesablı qələbəni bayram edib.
Super Liqa
24 noyabr
IV tur
"Milli Aviasiya Akademiyası" - "Naxçıvan" 3:1