Azərbaycanın voleybolçu oğlanlardan ibarət U-16 millisi Avropa çempionatının 1-ci təsnifat mərhələsində (Şərqi Avropa Voleybol Zonal Assosiasiyası – EEVZA) mübarizəni beşinci pillədə başa vurub. "Rekord.az" xəbər verir ki, yarışda fərqlənən oyunçular arasında yığmamızın üzvü də var.

Komandamızın üzvü Əhməd Məmmədli 19-22 noyabr tarixlərində Latviyanın paytaxtı Riqada təşkil olunan turnirin yekununda fərdi mükafata layiq görülüb. O, iştirakçı komandaların ən yaxşı oyunçuları sırasında yer alıb.