Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev UEFA Gənclər Liqasının Liqa mərhələsinin oyununa təyinat alıb.


Futbolinfo.az xəbər verir ki, o, noyabrın 25-də keçiriləcək “Sabah” (Azərbaycan) – “Barselona” (İspaniya) qarşılaşmasında hakim-inspektor kimi fəaliyyət göstərəcək.


“Əlincə Arena”da baş tutacaq görüş Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.