"Sabah"ın UEFA Çempionlar Liqasının əsas mərhələsindəki rəqibi "Napoli"nin (İtaliya) üzvü Antonio Verqara A Seriyasında "Torino"ya qarşı matçda sıradan çıxıb.


Rekord.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.


23 yaşlı futbolçunun sol budunun əzələsində yüksək dərəcəli zədə aşkarlanıb. Onun artıq bərpa prosesinə başladığı bildirilib.


Qeyd edək ki, "Sabah" - "Napoli" matçı yanvarın 20-də Bakı Olimpiya Stadionunda saat 21:45-də start götürəcək.