Voleybol üzrə kişilər arasında Azərbaycan çempionatında növbəti oyun keçirilib."Rekord.az" xəbər verir ki, bu gün 6-cı turda "Murov Az Terminal" klubu "Ordu"nu qəbul edib.

GİN-in Voleybol Mərkəzində baş tutan görüş qonaq komandanın üstünlüyü ilə keçib. "Ordu" bu qarşılaşmadan 3:1 hesablı qələbə ilə ayrılıb.


24 noyabr

Oyun günü

Super Liqa (kişilər)

VI tur

   "Murov Az Terminal" - "Ordu" 1:3