"Real"ın (Madrid) yarımmüdafiəçisi Cud Bellingem çiynindən əməliyyat olunub.


Rekord.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.


Futbolçuya sol çiyninin çıxması diaqnozu qoyulub.


2024/2025 mövsümündə Bellingem "Real"ın heyətində 58 oyun keçirib, 15 qol vurub və 15 məhsuldar ötürmə edib. 22 yaşlı futbolçunun klubla müqaviləsi 2029-cu ilin yayına kimi nəzərdə tutulub.