"Real"ın futbolçusu David Alaba sol dizindən zədə alıb.


Rekord.az Madrid təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, müdafiəçiyə menisk yırtığı diaqnozu qoyulub.


32 yaşlı avstriyalı oyunçu sonuncu dəfə La Liqanın XXXIII turunda, "Xetafe" ilə matçda (1:0) meydana çıxıb.


Alaba bu mövsüm "Real"ın heyətində bütün yarışlarda 14 oyun keçirib. Müdafiəçi daha əvvəl də zədə səbəbindən uzun müddətə sıradan çıxmışdı. O, yanvardan etibarən komandaya qoşulmuşdu.