"Real" futbolçusu Çema Andresi satıb.


Rekord.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti açıqlama yayıb.


20 yaşlı mərkəz müdafiəçisi "Ştutqart"a keçib. Onunla 5 illik müqavilə imzalanıb. 


Andres 2018-ci ildən "Real" sistemində idi. O, bu ilin yanvarında İspaniya nəhənginin əsas komandasında debüt etmişdi.