
Qobustanda güləş üzrə rayon turniri keçirilib
- 03 İyl 2025 18:35
- 41
Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin və Qobustan İdman Kompleksinin birgə təşkilatçılığı ilə 26 İyun-Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü”nə həsr olunmuş sərbəst güləş üzrə rayon turniri keçirilib.
Rekord.az xəvər verir ki, yarışın keçirilməsində əsas məqsəd Qarabağ Müharibəsi Şəhidlərinin əziz xatirələrinin yad olunması, yeniyetmə və gənclər arasında sərbəst güləş idman növünün kütləviliyinin artırılması, təlim-məşq proseslərinin təkmilləşdirilməsi və respublika miqyaslı yarışlarda iştirak edəcək idmançıların aşkar olunmasıdır.
Qalib və mükafatçılara müvafiq diplom və medallar təqdim olunub.