“Qəbələ”nin baş məşqçisi Yeton Bekiri Misli Premyer Liqasının 13-cü turunun “Şamaxı” ilə oyunundan sonra mətbuat konfransında iştirak edib.


Rekord.az xəbər verir ki, o, komandasının kobud səhvlərə yol verdiyini bildirib:


“Şamaxı”nı qələbə münasibəti ilə təbrik edirəm. Bu gün bir neçə kobud səhvə yol verdik. Belədə, rəqibə hədiyyə etmiş olduq. İkinci hissə başlayanda qapıçımız qırmızı vərəqə ilə cəzalandırıldı. Bu cür ciddi liqada bir nəfər azlıqda oynamaq çətindir. Elə bunun da nəticəsində daha bir qol buraxdıq.


Belə səhvlər futbolda olur. Çalışırıq ki, bu cür səhvlərə yol verməyək. Birinci hissədə bir neçə qol imkanımzı var idi. Sona yaxın da qol fürsətləri əldə etdik. İkinci hissənin əvvəlində qırmızı vərəqə almağımız bizi pis vəziyyətə saldı”.