“Turan Tovuz” bu gün Misli Premyer Liqasının 7-ci turunun son matçında “Şəfa”nın qonağı olub.


Rekord.az xəbər verir ki, oyundan sonra bölgə təmsilçisinin baş məşqçisi Kurban Berdıyevin mətbuat konfransı keçirilib.


Türkmənistanlı mütəxəsis 1:0 hesabı ilə qalib gəldikləri oyunu belə şərh edib:


“Çox ağır oyun oldu, amma qələbə qazandığımıza görə sevinirik. Qələbəyə layiq idik. Denis Marandiçinin yenidən zədələnməsinə görə məyusuq. Kəllə-beyin travması aldı”.