 
        “Qəbələ” heyətinə daha bir futbolçu qatıb
- 08 Okt 2024 16:30
- 336
“Qəbələ” klubu heyətinə daha bir futbolçu qatıb.
Rekord.az bölgə təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Murad Musayevlə yeni müqavilə imzalanıb.
30 yaşlı müdafiəçi ilə anlaşma 2 il müddətinə nəzərdə tutulub.
Qeyd edək ki, əvvəllər də “Qəbələ”də çıxış etmiş M.Musayev karyerası ərzində “Zirə” və “Səbail”in də formasını geyinib.
 
                 
                         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
        