Qazax Olimpiya İdman Kompleksində 2009-2010-cu il təvəllüdlü yeniyetmələr arasında sərbəst güləş üzrə Qazax UGİM-nin açıq birinciliyi keçirilib.

Rekord.az xəbər verir ki, yarışda Qazax, Ağstafa və Tovuz rayonlarından ümumilikdə 71 nəfər idmançı iştirak edib.
Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən yarışda 1-ci, 2-ci və 3-cü yerləri tutmuş idmançılar Qazax UGİM-nin müvafiq diplomları ilə təltif olunublar.