Qazaxda maarifləndirici seminar
- 20:00
- 36
“6 aprel - İnkişaf və Sülh naminə Beynəlxalq İdman Günü” münasibəti ilə Qazax rayon Mehdi Hüseyn adına humanitar və təbiət fənləri məktəb-liseyində şagirdlər üçün maarifləndirici seminar və fiziki tərbiyə dərsləri təşkil olunub.
Rekord.az xəbər verir ki, seminar və dərslər Azərbaycan Respublikasının fəxri bədən tərbiyəsi və idman işçisi, qabaqcıl təhsil işçisi Rayət Əliyev tərəfindən aparılıb.
Tədbirin sonunda iştirak edən şagirdlər diplomlar ilə təltif olunublar.