Qazax Olimpiya İdman Kompleksində 2012-2013-cü il təvəllüdlü yeniyetmələr arasında sərbəst güləş üzrə açıq rayon turniri keçirilib.

Rekord.az xəbər verir ki, yarış Dövlət Himninin səsləndirilməsi və şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.     

Qazax-Tovuz Regional gənclər və idman idarəsinin aparıcı məsləhətçisi Rəşad Abbaslı çıxış edərək iştirakçıları salamlayıb və dövlətin idmana göstərdiyi diqqətdən bəhs edib.     Qazax və Ağstafa rayonlarından ümumilikdə 92 idmançının qatıldığı turnirdə qaliblər Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin diplomları ilə təltif olunublar