Növbəti üzgüçülük məşqləri 07 may 2026-cı il tarixində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin və Azərbaycan Üzgüçülük Federasiyasının birgə təşkilatçılığı ilə Qax Olimpiya İdman Kompleksində təşkil edilib. 

Rekord.az xəbər verir ki, üzgüçülük məşğələlərində seçilmiş məktəbin  1-8-ci sinif şagirdləri iştirak edib.

Layihənin əsas məqsədi uşaqlara üzməyi öyrətməklə onların sağlamlığının təmin edilməsi, bu idman növünün təbliği və inkişafına nail olmaqdır.Bir ay davam edəcək üzmə məşğələləri bölgü üzrə həftə içi müəyyən günlərdə, müxtəlif saatlarda məşqçi tərəfindən keçirilir.