“Qaradağ Lökbatan” və “Ağstafa Gəncləri” növbəti mərhələdə!
- 17:00
- 40
Bu gün futbol üzrə Azərbaycan Kubokunun 2026/27-ci illər mövsümünə start verilib.
Rekord.az xəbər verir ki, ilk oyun günündə iki görüş baş tutub.
1-ci təsnifat mərhələsində “Qaradağ Lökbatan” “Şəki”ni qəbul edib. “Şəmkir” isə “Ağstafa Gəncləri” ilə üz-üzə gəlib. Qaradağ və Ağstafa təmsilçiləri darmadağınla mərhələ adlayıblar.
Bu mərhələnin “Difai” – “Zəngəzur”, “Marafon” – “Dinamo” və “Şirvan” – “Kür-Araz” oyunları sabah, “Ağdaş” – “Hypers” görüşü isə 9 oktyabrda keçiriləcək.
Azərbaycan Kuboku
1-ci təsnifat mərhələsi
7 oktyabr
“Qaradağ Lökbatan” – “Şəki” 12:0
Hakimlər: Pərviz İbrahimov, Elman Kərimov, Vüsal Xəlilzadə, Kamil Aydınov
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Törə Əhmədova
Lökbatan OİK stadionu, 14:30
Qaradağ Lökbatan: 1. Amin Fərhadzadə, 9. Təmraz Əmircanov (k), 14. Hüseyn Hüseynli, 10. İlkin Əliyev, 15. Vüsal Alızadə, 88. Rəvan Abasov, 77. Nurlan Bayramov, 21. Tural Axverdiyev, 22. Kamil Mahmudov, 4. Amin Ağayev, 27. Əjdər Hacılı.
Ehtiyat oyunçular: 90. Fərman Bayramov, 17. Sabir Allahquliyev, 44. Samir İbrahimov, 6. İsa Zeynallı, 3. Nicat Əskərov, 8. Ramil Orucov, 7. Rəhman Quliyev, 19. İbrahim Bayramov, 5. İbrahim Novruzov, 11. Əli Əlizadə.
Baş məşqçi: Amit Quluzadə.
Şəki: 13. Ayxan Qocayev, 8. Elçin Abdullayev (k), 7. Zaur Fərzəliyev, 99. İman Müseyibov, 23. Fərid İslamzadə, 4. Fərid Məmmədov, 19. Rəşad Zeynallı, 9. Elgün Hacıbabayev, 88. Firuz Osmanov, 18. Oktay Həsənli, 16. Cəsur Alxaslı.
Ehtiyat oyunçular: 55. Elcan Mustafayev.
Baş məşqçi: Elvin Hacızadə.
“Şəmkir” – “Ağstafa Gəncləri” 1:5
Hakimlər: Alik Yunusov, Aydın Baxşıyev, Tural Bayramov, Hacıağa Həsənov
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Mahal Məmmədov
Şirvan OİK stadionu, 14:30.
Şəmkir: 1. Fəyyaz Mehdizadə, 19. Fuad Məmmədzadə, 6. Ruslan Allahverdiyev, 7. Tunar Mütəlimov (k), 71. Coşqun Əsədzadə, 5. İsa İsayev, 15. İkram Həmidli, 16. Cavid Məmmədov, 44. Rafiq Abdullayev, 11. Valeh Məmmədov, 20. Səttar Hacıyev.
Ehtiyat oyunçular: 10. Haqverdi Həsənov, 9. Elşən Abdullayev.
Baş məşqçi: Fərid Məmmədov.
Ağstafa Gəncləri: 16. Ülvi Quliyev, 8. Elgün Namazov (k), 10. Cavid İmamverdiyev, 22. Adil Tağıyev, 18. Eldost Qiyasbəyli, 24. Eşqin Kərimli, 17. Elgün Salıfov, 13. Ramin Süleymanov, 3. Nicat Oruclu, 20. Elçin Qasımov, 6. Qəşəm Məmmədov.
Ehtiyat oyunçular: 1. Elgün Əmiraslanov, 21. Elgün Qəhrəmanov, 12. Tural Məmmədov, 15. Yunis Hüseynov, 7. Hüseyn Alıyev.
Baş məşqçi: Əli Bağırov.