"Qarabağ"ın Çempionlar Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi "Şelburn" heyətinə yeni futbolçu qatıb.


Rekord.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.


İrlandiya təmsilçisi "Vest Hem"in (İngiltərə) əvəzedici komandasından Şon Muru transfer edib. Onunla imzalanan müqavilənin detalları hələlik açıqlanmayıb.


Xatırladaq ki, "Qarabağ" ilk görüşdə səfərdə "Şelburn"a 3:0 hesabı ilə qali gəlib. Cavab matçı isə iyulun 30-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək və saat 20:00-da başlayacaq.