
“Qarabağ”ın rəqibi bu gün bəlli olacaq
- 11:15
- 55
“Qarabağ”ın UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsindəki potensial rəqibləri - “Linfild” (Şimali İrlandiya) və “Şelburn” (İrlandiya) bu gün Belfastda qarşılaşacaqlar.
Rekord.az xəbər verir ki, Böyük Britaniya təmsilçiləri 1-ci təsnifat mərhələsində cavab matçlarını keçirəcəklər.
Qarşılaşma Şimali İrlandiyanın paytaxtı Belfastdakı "Windsor Park” stadionunda, Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.
Komandalar arasında ilk görüş "Şelburn"un 1:0 hesablı qləbəsi ilə başa çatıb.
2-ci təsnifat mərhələsinin ilk görüşləri iyulun 22-23-də, cavab qarşılaşmaları 29-30-da baş tutacaq.