UEFA Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinin ilk oyunlarına start verilib.

Rekord.az xəbər verir ki, ilk oyun günündə 13 görüş keçirilib.

Azərbaycan çempionu "Qarabağ"ın 3-cü təsnifat mərhələsindəki potensial rəqibləri - Şimali Makedoniyanın "Şkendiya" və Rumıniyanın “Styaua” klubları da ilk görüşünə çıxıb. "Şkendiya" 1:0 hesabı ilə qalib gəlib. “Qarabağ” isə sabah İrlandiyanın “Şelburn” komandası ilə qarşılaşacaq.

UEFA Çempionlar Liqası
2-ci təsnifat mərhələsi, ilk oyunlar

22 iyul

KuPS (Finlandiya) – Kayrat (Qazaxıstan) 2:0

Linkoln (Cəbəllütariq) – Srvena Zvezda (Serbiya) 0:1

Noa (Ermənistan) – Ferentsvaroş (Macarıstan) 1:2

Kopenhagen (Danimarka) – Drita (Kosovo) 2:0

Hamrun (Malta) – Dinamo (Kiyev, Ukrayna) 0:3

Pafos (Kipr) – Makkabi (Təl-Əviv, İsrail) 1:1

Viktoriya (Plzen, Çexiya) – Servett (İsveçrə) 0:1

RFS (Latviya) – Malmö (İsveç) 1:4

Şkendiya (Şimali Makedoniya) – Styaua (Rumıniya) 1:0

Slovan (Slovakiya) – Zrinski (Bosniya) 4:0

Lex (Polşa) – Breydablik (İslandiya) 7:1

Reyncers (Şotlandiya) – Panatinaikos (Yunanıstan) 2:0

Riyeka (Xorvatiya) – Ludoqorets (Bolqarıstan) 0:0