UEFA Çempionlar Liqasında 1-ci təsnifat mərhələsinin ilk matçlarına yekun vurulub.

Rekord.az xəbər verir ki, ikinci oyun günü daha 4 görüş keçirilib.

“Qarabağ”ın potensial rəqibləri də bu gün meydana çıxıblar. “Şelburn” İrlandiyada “Linfild”i qəbul edib. Görüşün taleyini bir qol həll edib. Meydan sahiblərini fasilədən sonra fərqləniblər.

“Ludoqorets” – “Dinamo” görüşündə də qapılara bir top vurulub. Bolqarıstan çempionu cavab matçı öncəsi kiçik üstünlük əldə edib.

Mərhələnin cavab oyunları iyulun 15-16-da keçiriləcək. Azərbaycan çempionu “Qarabağ” isə 2-ci təsnifat mərhələsindən mübarizəyə qoşulacaq.

Çempionlar Liqası
1-ci təsnifat mərhələsi, ilk oyunlar

9 iyul

Jalgiris (Litva) – Hamrun Spartans (Malta) 2:0
Styaua (Rumıniya) – İnter (Andorra) 3:1
Ludoqorets(Bolqarıstan) – Dinamo (Minsk, Belarus) 1:0
Şelburn (İrlandiya) – Linfild (Şimali İrlandiya) 1:0