“Qarabağ” turu qələbəsiz başa vurdu
- 17:00
- 32
Həndbol üzrə Azərbaycan çempionatlarında 7-ci tura yekun vurulub.
Rekord.az xəbər verir ki, qadınların mübarizəsində "Qarabağ" komandası "İdman Akademiyası" kollektivi ilə heç-heçə edib - 27:27.
"Təhsil" "Bakı"ya (32:20), "Kür" "Azəryol"a (24:21) qalib gəlib.
Kişilərin yarışında "Qarabağ" "Bakı"ya uduzub - 21:28. "Təhsil" isə "Azəryol"la dueldən məğlub ayrılıb - 23:25.