
“Qarabağ” qrupdakı son oyununda uduzdu
- 16 İyl 2025 16:30
- 56
"Qarabağ"ın 17 yaşadək futbolçulardan ibarət komandası “Gothia Puma Trophy”nin qrup mərhələsində son matçını keçirib.
Rekord.az Ağdam klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, İsveçdə təşkil olunan yarışın 4-cü qrupunda yer alan komanda 3-cü turda yerli “Göteborq”la qarşılaşıb.
Görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb – 2:0. Beləliklə, "Qarabağ" qrupu 4 xalla başa vurub. U-17-nin qrupdakı mövqeyi son turun digər matçından sonra dəqiqləşəcək.
İlk turda İsveç təmsilçisi “Myallbu” üzərində 2:1 hesablı qələbə qazanan "Qarabağ" ardınca “Sportinq Laqos”la heç-heçə edib – 0:0.