“Qarabağ”ın qapıçı axtarışında olması haqda məlumat vermişdik.

Rekord.az-a daxil olan son məlumata görə, Ağdam klubuna iki qapıçı təklif olunub.

Lakin hər ikisinin qiyməti yüksək olduğu üçün anlaşma əldə etmək mümkün olmayıb. Bununla belə, Ağdam təmsilçisi legioner qapıçı almaq planının üstündən xətt çəkməyib. Qurban Qurbanov rəhbərliklə söhbətində bildirib ki, əgər komanda Çempionlar Liqasının qrupuna vəsiqə qazansa, o zaman legioner qapıçı mütləq alınmalıdır. Əks halda, Avropa Liqasının qrupu olsa belə, komanda hazırkı qapıçılarla kifayətlənəcək.