Qadın həndbolçuların Azərbaycan çempionatının final mərhələsində növbəti oyunlar baş tutub.
Rekord.az xəbər verir ki, lider "Azəryol" ən yaxın izləyicisi "Qarabağ"la qarşılaşıb.
Görüş "Qarabağ"ın 33:32 hesablı qələbəsi ilə yekunlaşıb. "Kür" isə "İdman Akademiyası"na 39:23 hesabı ilə qalib gəlib.