
“Qarabağ” bu gün sonuncu yoxlama matçını keçirəcək
- 14:30
- 47
Təlim-məşq toplanışını Avstriyada davam etdirən "Qarabağ" bu gün sonuncu - 4-cü yoxlama matçını keçirəcək.
Rekord.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda 17 qat Avstriya çempionu “Zaltsburq” ilə üz-üzə gələcək.
Görüş Kaprun stadionunda, Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Qeyd edək ki, hazırlığa iyunun 18-də Bakıda start verən "Qarabağ" Avstriya toplanışını iyulun 16-da başa vuracaq.