"Qalatasaray" futbolçusu Taylan Antalyalı ilə yolları ayırıb.


Rekord.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.


30 yaşlı yarımmüdafiəçi ilə 2026-cı ilin iyununa qədər olan müqavilə qarşılıqlı razılaşma ilə ləğv edilib.


Türkiyə millisinin sabiq üzvü 2019-cu ildən "Qalatasaray"ın sıralarında idi. O, bu müddətdə "Anakaragücü", "Samsunspor" və "Bodrum"da icarə də oynayıb.