Türkiyənin “Qalatasaray” klubu ciddi itki ilə üzləşib.

Rekord.az xəbər verir ki, “sarı-qırmızılar”ın hücumçusu Mustafa Məhəmməd sıradan çıxıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Super Liqanın 40-cı turu çərçivəsində “Beşiktaş”la keçirilən matçda (3:1) zədələnən Mustafa üçün mövsüm bitib.

23 yaşlı hücumçu 6-8 həftə yaşıl meydanlardan uzaq qalacaq.