Azərbaycan avarçəkənləri "Prezident Kuboku-2025” beynəlxalq turnirində daha altı medal qazanıblar.


Rekord.az xəbər verir ki, yarış Mingəçevir “Kür” Olimpiya Tədris-İdman Mərkəzində davam edir.


2009-2010 təvəllüdlü idmançılardan İvan Vorobyanski/Hüseyn Həsənov cütlüyü 200 metr məsafəyə kayak yarışında gümüş, Vacib Babayev/Nuran Rəhimli dueti isə bürünc medal əldə edib.


2011-2012 təvəllüdlülərdən eyni növdə Əziz Əhmədli/Kamal Tağıyev cütlüyü gümüş, Sənan Cəfərzadə/Tahir Mövsumov dueti isə bürünc medala sahib çıxıb.


2006-2007 təvəllüdlülərdən Nurlan Paşayev/Cahangir Məmmədli cütlüyü akademik avarçəkmədə gümüş mükafat qazanıb.


2009-2010 təvəllüdlülərdən Əlimurad Hacızadə kayak növündə 1000 metr məsafəyə yarışda qızıl medalçı olub.


Daha əvvəl Azərbaycan təmsilçiləri 8 medal (3 gümüş, 5 bürünc) qazanıblar.