Bu gün Misli Premyer Liqasında 2025/26 mövsümünün püşkü atılacaq.


Rekord.az xəbər verir ki, mərasim "Alov qüllələri" kompleksinin "Üzeyir Hacıbəyli zalı"nda keçiriləcək.


Tədbir saat 15:00-da başlayacaq.


Qeyd edək ki, Azərbaycan Premyer Liqasının yeni mövsümü avqustun 15-də start götürəcək. Çempionatda 12 komanda mübarizə aparacaq. Bunlar "Qarabağ", "Zirə", "Araz Naxçıvan", "Turan Tovuz", "Sabah", "Neftçi", "Şamaxı", "Sumqayıt", "Kəpəz", "Qəbələ", "Karvan" və "İmişli"dir.