
Premyer Liqa klubunda yeni qapıçı
- 15 İyl 2025 20:40
- 44
“Everton” “Bornmut”un sabiq qapıçısı Mark Traversi heyətinə qatıb.
Rekord.az xəbər verir ki, bu barədə Liverpul təmsilçisinin rəsmi saytı məlumat yayıb.
26 yaşlı futbolçu ilə 2029-cu ilin yayına kimi müqavilə imzalanıb.
Transferlə bağlı fikirlərini bölüşən irlandiyalı oyunçu deyib:
“Everton”un oyunçusu olmaqdan son dərəcə qürur və sevinc hissi keçirirəm. Bura gələn kimi bu klubun nə qədər böyük və tarixi bir komanda olduğunu hiss edirsən. Azarkeş sayından tutmuş yeni stadiona və klubun hazırkı inkişaf istiqamətinə qədər hər şey bunu göstərir”.
Travers ötən mövsüm Çempionşip təmsilçisi “Midlsbro”da icarə əsasında çıxış edib.