
Premyer Liqa klubları üz-üzə
- 21 İyl 2025 13:41
- 48
Azərbaycan Premyer Liqası təmsilçiləri bu gün yoxlama görüşlərində qüvvələrini sınayacaqlar.
Rekord.az xəbər verir ki, "Kəpəz" "Qəbələ" ilə qarşılaşacaq.
Görüş 18:00-da keçiriləcək. "Karvan" isə "Şamaxı" ilə üz-üzə gələcək. Bu görüş saat 18:30-da başlayacaq.
Hər iki qarşılaşma Qəbələ şəhər stadionunda təşkil olunacaq.