Koronavirus pandemiyasına görə dayandırılan Portuqaliya çempionatının taleyinə rəsmən aydınlıq gəlib.

Rekord.az xəbər verir ki, turnir iyunun 3-dən etibarən davam etdiriləcək. Bu barədə Premyer Liqanın rəsmi saytı məlumat yayıb. 

Çempionat “Portimonense” – “Jil Visente” qarşılaşması ilə başlayacaq. Bundan başqa, mövsümün qalan hissəsinin təqvimi də bəllidir. Bu təqvimə görə, çempionat iyulun 18-də tamamlanacaq.

Xatırladaq ki, Portuqaliyada çempionat mart ayında baş tutan 24-cü turun oyunlarından sonra dayandırılmışdı.

Hazırda turnir cədvəlinə 60 xala malik “Portu” rəhbərlik edir. İkinci yerdə “Benfika” (59 xal), üçüncü pillədə isə “Braqa” (46) qərarlaşıb.