
Paytaxt klubu Premyer Liqadan kənarlaşdırıldı
- 10 İyl 2025 17:45
- 69
Moskvanın "Torpedo" klubu Rusiya Premyer Liqasından kənarlaşdırılıb.
Rekord.az xəbər verir ki, Rusiya Futbol Federasiyasının Nəzarət və İntizam Komitəsi bununa bağlı qərar qəbul edib.
2025/2026 mövsümündə Premyer Liqada iştirak etməyəcək klub həmçinin 5 milyon rubl cərimələnib. “Torpedo”nun sahibi Leonid Sobolev 5, klubun baş direktoru Valeri Skorodumov isə 10 il müddətinə futboldan uzaqlaşdırılıb.
Rusiya klubunun rəhbərliyi hakimlərə rüşvət verməkdə ittiham olunurdu. Ölkə çempionatının başlamasına 8 gün qalsa da, "Torpedo"nu əvəzləyəcək klub hələlik müəyyənləşməyib.