Paraüzgüçülərimiz üçün Berlin sınağı
- 15:00
- 37
Azərbaycanın paraüzgüçüləri Almaniyanın paytaxtı Berlində keçiriləcək Dünya Seriyasının mərhələsində mübarizəyə başlayır.
Rekord.az xəbər verir ki, yarışda ölkəni kişilər arasında S12 kateqoriyasında Raman Salei, S10 kateqoriyasında Əli Vəliyev və S6 kateqoriyasında Abuzər Nəzərov, qadınlar arasında isə S4 kateqoriyasında Könül Süleymanova təmsil edəcək.
Onlar turnirə məşqçilər Fyodor Kirillov, Faiq Əsgərov və Anar Məmmədovun rəhbərliyi altında qatılacaqlar.
Xatırladaq ki, bu gün start götürəcək yarış mayın 9-da başa çatacaq.