Parataekvondoçulardan Türkiyədə 4 medal
- 29 Mar 2026 15:30
- 224
Azərbaycanın dörd parataekvondoçusu Antalya şəhərində keçirilən Türkiyə Açıq Beynəlxalq Turnirində fəxri kürsüyə yüksəliblər.
Rekord.az xəbər verir ki, K44 kateqoriyasında çıxış edən təmsilçilərimiz uğura imza atıblar.
Səmayə Həsənova (47 kq), Sabir Zeynalov (58 kq), Amin Əliyev (63 kq) və İmaməddin Xəlilov (70 kq) yarışı bürünc medalla başa vurublar.