“Latsio”nun baş məşqçisi Mauritsio Sarri “Roma”nın çalışdırıcısı Joze Mourinyo haqda fikirlərini bölüşüb.

Rekord.az xəbər verir ki, 63 yaşlı italyan mütəxəssis, məşqçilik karyeralarına necə başladıqları arasındakı fərqi izah edib:

“Aramızdakı fərq əsasən başlanğıc nöqtələrimizin nəticəsidir. Həvəskarlar, fərqli səviyyəli oyunçular arasında böyümüşəm.

Qazanmaq üçün oyunçuların məhdudiyyətlərini kompensasiya etmək baxımından yaxşı həll yolları tapmalı idim.

Mourinyo isə “Barselona”da başladı və usta oyunçularının olmasını təmin etmək üçün çox pul xərclədi. İtaliyanın səkkizinci divizion klubları ilə “Barselona” arasında böyük fərq var”.

A Seriyasının yeni mövsümü avqustun 13-də, “Milan” – “Udineze” matçı ilə başlayacaq. İlk turda “Latsio” evdə “Bolonya” ilə, “Roma” isə evdə “Spetsiya” ilə qarşılaşacaq.